Rusiya BMT-də Türkiyənin Suriyanın Afrindəki əməliyyatının dayandırılmasını tələb edəcək

Rusiya Suriyaya diplomatik dəstək göstərməkdə davam edəcək və BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını tələb edəcək. Bunu “RİA Novosti”yə Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klinseviç bildirib.

“BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını təkcə Suriya tələb etməyəcək. Rusiya bu tələbi dəstəkləyəcək və Suriyaya diplomatik yardım göstərməkdə davam edəcək”, - deyə F.Klinseviç bildirib.

Onun sözlərinə görə, Türkiyənin Afrindəki əməliyyatı Suriyanın suverenliyini kobud şəkildə pozur. Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatı başlayıb. apa

DİGƏR XƏBƏRLƏR

Top