Türkiyəyə məxsus F-16-lar Afrini bombalayır: Azad Suriya Ordusu Afrinə girdi

Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın Afrin bölgəsini bombalamağa başlayıb.

“Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin Diyarbəkirdəki hərbi hava bazasından qalxan 8 ədəd F-16 qırıcı təyyarəsi Afrinə hava zərbələri endirməyə başlayıb. Bu arada Azad Suriya Ordusu (ASO) birləşmələrinin bir qismi PYD/PKK terror təşkilatının Afrində işğal etdiyi ərazilərə girib. ASO mənsubları zirehli nəqliyyat vasitələri ilə Kilis-Hatay sərhəd xəttini keçərək bəzi nöqtələrdən Afrin tərəfinə keçiblər. Onların hələlik hansısa müqavimətlə qarşılaşmadığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top