Suriya Milli Dialoq Konqresinin iştirakçılarının siyahısı razılaşdırıldı

Rusiya, Türkiyə və İran Suriya Milli Dialoq Konqresinin iştirakçılarının siyahısını razılaşdırıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin Suriya tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Aleksandr Laventyev İran və Türkiyə ilə məsləhətləşmələrin yekunu üzrə deyib. A. Lavrentyevin sözlərinə görə, onların yekun rəsmiləşdirilməsi bir-iki gün vaxt aparacaq. O, üçtərəfli görüşün uğurla keçdiyini vurğulayıb: “Forum iştirakçılarının siyahısını razılaşdırdıq. Əlavə razılaşdırma üzrə iş aparmaq qalıb. Suriyanın bəzi rayonlarında vəziyyət kifayət qədər gərgindir. Lakin bu, ümumilikdə konqresin keçirilməsi nəticələrinə heç cür təsir etməməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top