Sarkisyan Fransaya gedir

Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 22-24-də Fransaya işgüzar səfər edəcək. Ermənistan mətbuatı xəbər verir ki, Prezidentin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Sarkisyan Fransa prezidenti Emmanuel Makron, Senatın rəhbəri Jerar Larşe, Fransa-Ermənistan parlament dostluq qrupunun üzvləri ilə görüşlər keçirəcək. Görüşlərin yekununda prezidentlər Makron və Sarkisyan birgə mətbuat konfransı keçirəcəklər. Ermənistan prezidenti Paris şəhər meriyasında Fransa erməni icmasının nümayəndələri və şəhər meri ilə də görüşəcək. Yanvarın 24-də Sarkisyan Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcək və orada çıxış edəcək, sonra deputatların suallarını cavablandıracaq. Ermənistan prezidenti Avropa Şurasının baş katibi T.Yaqland, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri Qvido Raymondi ilə də görüşəcək.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top