
Ukraynanın Zakarpatye vilayətinin Raxov rayonunda yeni qızıl yatağı aşkarlanıb.
“Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Geologiya və Yeraltı Sərvətlər Xidmətindən deyiblər. Yeni yatağın ehtiyatı 2,4 ton təşkil edir. Ukraynada qızılın olduğu cəmi üç əsas region var.
Bunlar Zakarpatye, Ukrayna qalxanı və Donbassdır. Hazırda ölkədə cəmi 1 qızıl mədəni fəaliyyət göstərir. O, 2017-ci ildə Zakarpatye vilayətinin Mujiyevo kəndi yaxınlığında tapılıb. Oradakı qızıl ehtiyatı 55 ton həcmində qiymətləndirilir.
Tətbiqimizi yükləyə bilərsiniz