Ermənistanın işğal etdiyi Şuşa və Əsgəran rayonlarında ilk günəş elektrik stansiyaları tikiləcək.
“Yeniavaz.com”un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, isitmə məqsədilə yaşayış evlərində günəş batareyalarının quraşdırılması üzrə pilot layihə işə salınacaq.
Bu layihələr ötən ilə telemarafon zamanı ümumerməni “Hayestan” fondunun topladığı vəsaitlər hesabına həyata keçiriləcək. Əsgəran rayonunda xarici investisiyalar hesabına 1 kvt gücü olan günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur.