“SSRİ-nin imperiya ambisiyaları Azərbaycanda qırıldı”

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “20 Yanvar – Ümumxalq hüzn günü” adlı elmi sessiya keçirilib. 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbirdə bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının yenilməzliyini, qəhrəmanlığını, vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünya gördü. Tədbirdə vurğulanıb ki, 20 Yanvar təkcə hüzn günü kimi deyil, şanlı bir tarix kimi yad edilməlidir. Belə ki, 20 Yanvar sovet imperiyasının digər xalqları əsarətdə saxlamasına sonuncu cəhdi idi və onların imperiya ambisiyaları məhz Azərbaycanda qırılıb. Elvin Əliyev

“SSRİ-nin imperiya ambisiyaları Azərbaycanda qırıldı”

DİGƏR XƏBƏRLƏR

Top