Dəhşətli statistika: Azərbaycan körpə ölümlərinə görə regionda liderdir - SİYAHI

Dünyada körpə ölümlərinin ən yüksək səviyyədə olduğu ölkə Anqola hesab olunur. Yeniavaz.com Dünya Bankının açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, Anqolada yeni doğulan hər 1000 uşaqdan 96-sı 1 yaşına çatmadan ölür. Körpə ölümlərinin yüksək olduğu ölkələrin sırasında Afrika ölkələri üstünlük təşkil edir. Ən çox körpə ölümünün qeydə alındığı ölkələrin ilk 5-liyinə Cənubi Afrika Respublikası (yeni doğulan hər 1000 uşaqdan 92-si ölür), Syerra Leone (87 ölüm), Somali (85 ölüm) və Çad (85 ölüm) daxildir.

Körpə ölümlərinin ən az olduğu ölkələrin siyahısına İslandiya başçılıq edir. İslandiyada yeni doğulan hər 1000 uşaqdan yalnız 2-si 1 yaşına çatmadan ölür. İslandiya ilə bərabər Lüksemburq, Finlandiya, Andorra, Norveç, İsveç, Sinqapur, Estoniya və Yaponiyada da körpə ölümlərinin sayı İslandiyada olduğu kimi 2 nəfər olub. Bundan başqa Avropa ölkələrinin əksəriyyətində körpə ölümlərinin sayı 3-4 nəfər səviyyəsində olub. ABŞ-da bu göstərici 6-ya bərabərdir.

Keçmiş SSRİ ölkələri arasında ən pis vəziyyət 4 ölkədə - Türkmənistanda, Tacikistanda, Özbəkistanda və Azərbaycanda qeydə alınıb. Türkmənistanda yeni doğulan hər 1000 uşaqdan 44-ü, Tacikistanda 39-u, Özbəkistanda 34-ü və Azərbaycanda isə 28-i 1 yaşına çatmadan ölür. Bu sahədə ən yaxşı vəziyyət qeyd etdiyimiz kimi Estoniyaya məxsus olub - cəmi 2 ölüm. Litvada bu göstərici 3. Belarusda 3, Latviyada 7, Ukraynada 8, Rusiyada 8, Gürcüstanda 11, Qazaxıstanda 13, Ermənistanda 13, Moldovada 14, Qırğızıstanda 19 olub.

Azərbaycanla qonşu olan 2 ölkədə -Türkiyə və İranda körpə ölümləri müvafiq olaraq 12 və 13 olub.

DİGƏR XƏBƏRLƏR

Top