ABŞ Türkiyəyə xəbərdarlıq etdi


Vəziyyətin bu yerə çatacağını, Türkiyənin Afrinə girəcəyi ilə bağlı indidən dəqiq heç nə deyə bilmirik: ancaq türklərə çox ciddi şəkildə bu cür addım atmamaları barədə çağırış edirik.

Bunu ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert, “Türkiyə Suriyanın Afrin bölgəsini işğal edəcək kimi görünür. Siz də mi belə görürsünüz, bu məsələdəki yorumunuz nədir” sualına cavabında deyib.

Suriyada hər kəsin İŞİD-lə mübarizəyə səfərbər olunmasını istədiklərini vurğulayan Nauert “İraqın referenduma getdiyi zaman da söylədiyimiz kimi, hər kəs gözünü eyni hədəfə yönəltməlidir. Hədəf nöqtəsinin İŞİD olması gərəkdir. Biz şiddətə baş vurulmamasını və hamının İŞİD-ə doğru hədəflənməyə davam etməsini istəyirik”, - deyib. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top