Türk və yunan hərbi gəmiləri toqquşdu

Egey dənizi akvatoriyasında Yunanıstan və Türkiyənin hərbi gəmiləri toqquşub. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, Yunanıstanın “Nikiforos” patrul gəmisi ilə Türkiyənin “Köycegiz” korveti bir-birinə dəyib. Yunan mətbuatının məlumatına görə, hadisə yanvarın 17-də kimsəsiz Kardak (İmiya) adaları yaxınlığında baş verib. İddia edilir ki, Türkiyənin üç gəmisi icazəsiz olaraq Yunanıstanın su ərazilərinə daxil olub. Onlardan biri olan korvet manevr zamanı yunanların patrul gəmisinə çırpılıb. İnsidentdən sonra türk gəmilərinin yunan sularını tərk etdiyi deyilir. Qeyd edək ki, Kardak adasının mənsubiyyəti məsələsi Türkiyə və Yunanıstan arasında mübahisə mövzusudur. Bu mübahisə 1996-cı ildə iki ölkə arasında az qalsın silahlı münaqişəyə səbəb olacaqdı.

DİGƏR XƏBƏRLƏR

Top