“Peugeot” da benzindən imtina edir

Fransanın “PSA Group” avtomobil konserninin (“”Peugeot” və “Citroen” markalarını birləşdirir) baş direktoru Karlos Tovares bildirib ki, şirkətin istehsal etdiyi bütün avtomobillərin 2025-ci ilədək elektrik ötürücüsü olmalıdır. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, söhbət elektrik enerjisi ilə işləyən və hibrid avtomobillərindən gedir. K. Tovares qeyd edib ki, konsernin avtomobillərinin 80 faizi 2030-cu ilədək bəzi məhdudiyyətlərlə sərbəst hərəkət edəcək, avtomobillərin 10 faizi isə yüksək, dördüncü və beşinci səviyyəli avtomatlaşdırmaya malik olacaqlar, yəni sürücüsüz olacaqlar. Xatırladaq ki, daha əvvəl “Ford”, “Mazda”, “Volkswagen” avtomobil istehsalçıları da bütün avtomobilləri elektrik mühərriki ilə təchiz etmək planlarını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top