.jpg)
“iPhone” smartfonlarının istifadəçiləri tezliklə öz cihazlarının prosessorlarının sürətinin azalmasını ləğv etmək imkanı əldə edəcəklər. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu “Apple” korporasiyasının baş direktoru Tim Kuk deyib. Onun sözlərinə görə, şirkət smartfonlar üçün iOS 11 yeniləməsi buraxacaq: “Bunun sayəsində “iPhone” sahibləri batereyanın vəziyyəti barədə məlumat alacaqlar, cihazlarının işinin sürətinin azalıb-azalmadığını öyrənəcəklər. Biz qəfil həddən artıq yüklənmənin qarşısını almaq üçün smartfonun işini yavaşıdacağımız barədə xəbərdarlıq edəcəyik. Əgər bunu istəmirsinizsə, həmin funksiyanı bağlaya bilərsiniz”. T. Kuk əlavə edib ki, bu funksiyanı ləğv etmək tövsiyyə edilmir. Xatırladaq ki, ötən ilin sonunda korporasiya etiraf etdi ki, köhnə “iPhone” modellərinin işini yavaşıdırdı. Buna səbəb onlarda quraşdırılmış litium-ion akkumlyatorlarının vaxt ötdükcə güclərini itirməsi göstərilirdi.
Tətbiqimizi yükləyə bilərsiniz