
Ukrayna Ali Radası ölkənin müvəqqəti işğal edilmiş Donetsk və Luqansk bölgələri üzərində suverenliyinin təmin edilməsi üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında qanun layihəsini qəbul edib. “Yeniavaz.com”un UNIAN-a istinadən verdiyi məlumata görə, 280 deputat qanunun lehinə səs verib. Sənəd Donetsk və Luqansk bölgələrinin ayrı-ayrı rayonlarının Rusiya tərəfindən işğal edildiyini tanıyır. Rusiyanın özü isə qanunun mətnində təcavüzkar dövlət kimi qeyd edilir. Qanunu indi Ukrayna Prezidenti Petro Poroşenko imzalamalıdır. Sənəd Prezidentə silahlı qüvvələri suverenliyin qorunması naminə regionda istifadə etməyə imkan verir.
Tətbiqimizi yükləyə bilərsiniz