Qazaxıstanda 52 nəfər avtobusda yanaraq ölüb - VİDEO

Qazaxıstanın Aktobe vilayətində avtobusun yanması nəticəsində 52 nəfər ölüb.

Qazaxıstanın Fövqəladə Hallar Komitəsinin nümayəndəsi Ruslan İmankulov "İkarus" markalı avtobusun yandığını bildirib.

Onun sözlərinə görə, avtobusun salonunda 55 sərnişin və 2 sürücü olub və onlardan yalnız 5-i sağ qalıb. Qalan 52 nəfər isə diri-diri yanıb.

Hazırda avtobusdan çıxmağı bacaran 5 nəfərə tibbi yardım göstərilir.

Aktyubinsk vilayətinin Fövqəladə Hallar Departamentində Əməliyyat Qərargahı yaradılıb.

İlkin məlumata görə, avtobusdakı sərnişinlərin hamısı Qazaxıstan və Özbəkistan vətəndaşlarıdır. Report

video

DİGƏR XƏBƏRLƏR

Top