Türkiyədə daha bir deputat HƏBSƏ ATILDI

Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili Selma Irmak 1 il azadlıqdan məhrum edilib.

“Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Hakkaridən seçilən deputat “Türkiyə Cümhuriyyəti hökumətini açıq-aşkar alçaltma” cinayət işi üzrə təqsirli bilinib. Müdafiəsini tərcüməçi vasitəsilə kürd dilində edən S. Irmak ittihamı qəbul etməyib.

Qeyd edək ki, S. Irmak 2015-ci il noyabrın 14-15-də PKK terror təşkilatının nəzarətində yayımlanan televiziya verilişinə telefonla qoşularaq “Türkiyə Cümhuriyyətini vəhşilik törətməklə” ittiham etdiyi üçün barəsində cinayət işi açılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top