Qızıl istehsalı kəskin artıb

Ötən il mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 27,7 milyard manat olmaqla 2016-cı ilə nisbətən 3,9 faiz azalıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, sahənin əsas məhsulu olan xam neftin hasilatı 38,7 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 18,2 milyard kub metr təşkil edib. Neft hasilatı 5,6 faiz, əmtəəlik qaz hasilatı isə 3 faiz azalıb. Bundan başqa 6390,8 kiloqram qızıl istehsal olun və bu 2016-cı illə müqayisədə 3,4 dəfə çox olub.

DİGƏR XƏBƏRLƏR

Top