Müsəlman ölkənin ilk qadın Baş nazirinin qətlini sifariş verən təşkilat üzə çıxdı

“Pakistan Talibanı” təşkilatı yeni dərc edilən kitabda Pakistanın keçmiş Baş naziri Bənazir Bhuttonun qətlə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

“Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, “Pakistan Talibanı”nın liderlərindən biri olan Əbu Mənsur Asim Müfti Nur Vəlinin yazdığı “İngilis müstəmləkəsindən ABŞ imperializminə Cənubi Vəziristanda məshud inqilabı” adlı kitabda təşkilatın B. Bhuttoya qarşı sui-qəsd törətdiyini etiraf edib. Kitabda təşkilatın sui-qəsd üçün Bilal və İkramulla adlı iki intiharçı-terrorçudan yararlandığı bildirilir.

Bilalın əvvəlcə B. Bhuttoya atəş açdığı, sonra isə üzərindəki bombayı partlatdığı, İkramullanın isə bölgədən qaçdığı və hələ də tutulmadığı qeyd edilir. Əksəriyyətini müsəlmanların təşkil etdiyi bir ölkənin ilk qadın Baş naziri olan B. Bhutto 2007-ci il dekabrın 27-də Ravalpindi şəhərində mitinqdən sonra öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top