Ötən il istifadəyə verilən evlərin 92,6 faizini həyat evləri təşkil edib

2017-ci ildə ölkə vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1 milyon 599,9 min kvadrat metr olan 11,5 min fərdi yaşayış evi istifadəyə verilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu da ölkə üzrə istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsinin 92,6 faizini təşkil edib.

Fərdi yaşayış evlərinin 626,7 min kvadrat metri və ya 39,2 faizi kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilən fərdi yaşayış evlərinin orta ümumi sahəsi 138,6 kvadrat metr olub. Evlərin 59,3 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib.

DİGƏR XƏBƏRLƏR

Top