Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Rəşad Sadıqovun rəhbərliyində Antalyada ilk matçına çıxıb. Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası ilə keçirilən yoldaşlıq görüşü millimizin 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, R.Sadıqov millidə baş məşqçi kimi debüt matçında qələbə qazanıb.
Qeyd edək ki, yığmamız yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək.
Azərbaycan U-21 – “Alanyaspor” U-21 - 3:1
qafqazinfo