Xalq artisti Çingiz Sadıxov dəfn olunub

Xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, nazir müavini Ədalət Vəliyev, xalq artistləri Fərhad Bədəlbəyli, Ağaverdi Paşayev və başqaları iştirak ediblər. F. Bədəlbəyli Ç. Sadıxovun vəfatını Azərbaycan mədəniyyəti və musiqisi üçün böyük itki kimi dəyərləndirib. O qeyd edib ki, Azərbaycan musiqisində Ç. Sadıxovun özünəməxsus yeri və xidmətləri var. Görkəmli musiqiçi II Fəxri Xiyabanda torpağa tapşırılıb.APA

DİGƏR XƏBƏRLƏR

Top