Bu gün axşam saatlarında Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib. "Yeniavaz.com" xəbər verir ki, rayonun Kükəl kənd sakini 1963-cü il təvəllüdlü Hümbətov Mürşüd Nizami oğlu aralarında baş vermiş münaqişə zəminində, həmkəndlisi, 1991-ci il təvəllüdlü Paşayev Vaqif Rafail oğlunun döş qəfəsinə bıçaqla bir neçə dəfə vuraraq xəsarət yetirib. Yaralı dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır. Faktla araşdırma aparılır. Pərviz Əliyev, Ağdaş