
Əfqanıstan Prezidenti Əşrəf Qani ölkədə 16 il ərzində 1 trilyon dollara başa gələn müharibəyə baxmayaraq, paytaxt Kabildə təhlükəsizliyin təmin edilməməsi ilə bağlı açıqlamalar verib. “Yeniavaz.com”un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Ə. Qani bildirib ki, ölkədə qəddarlığın və vicdansızlığın səviyyyəsi inanılmaz dərəcədə yüksəkdir. O bu problemin öhdəsindən gəlmək üçün bütün qaynaqların səfərbər edilməsinin vacibliyini vurğulayıb. Prezident qeyd edib ki, Əfqanıstanda beynəlxalq səviyyəli 21 terror təşkilatı fəaliyyət göstərir və bölgəyə onlarla intiharçı-terrorçu göndərilib”. O, ABŞ-ın dəstəyini dayandırdığı halda Əfqanıstan hökumətinin 3 gün ərzində çökəcəyinə dair şərhlərə münasibət bildirirkən qeyd edib ki, mənbə baxımından tamamilə haqlı şərhdir: “ABŞ dəstəyi və imkanları olmadan ordumuzu 6 ay dəstəkləyə bilmərik”.
Tətbiqimizi yükləyə bilərsiniz