Xarici ticarətdə 5,3 milyard dollarlıq müsbət saldo yaranıb

Yola saldığımız 2017-ci ildə Azərbaycanın digər ölkələrlə apardığı ticarət əməliyyatlarının həcmi 22 milyard 593 milyon 632 min dollar olub. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2016-cı illə müqayisədə 27,8% və ya 4 milyard 918 milyon dollar artıb. İdxal əməliyyatları üzrə 8 milyard 782 milyon dollar, ixrac əməliyyatları üzrə 13 milyard 811 milyon 624 min dollar ticarət həcmi qeydə alınıb. 2017-ci ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsində 5 milyard 29,6 milyon dollarlıq müsbət saldo yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top