Vlogger valideynlərə səsləndi: Təhlükəni minimuma endirmək lazımdır - VİDEO

Gənc vlogger Sərxan Rüstəmov az yaşlı uşaqlarla bağlı təhlükə barədə valideynlərə müraciət edib.

“Yeniavaz.com” xəbər verir ki, vlogger bu barədə sosial şəbəkədə məlumat verərək bu təhlükədən gənc ailələrin xəbərdar olmasını istəyib.

S. Rüstəmov 2 yaşlı oğlu Məhəmmədəminin evdə pəncərəyə çıxmağa çalışdığını bildirib: “Bu gün səhər gördük ki, stulu sürüyərək pəncərənin önünə aparıb və üzərinə çıxaraq pəncərəyə dırmaşmaq istəyir. Gəlib yanında dayandıq, gördük ki, yuxarıya çıxıb pəncərəni açdı. Bu foto və videonu da ona görə paylaşıram ki, daha aydın təsəvvür yaransın. Siz də öz evinizdə bunu edəsiz.

Əgər pəncərədə barmaqlıqlar yoxdursa mütləq bunu edin. Pəncərənin əl tutan yerlərini açın. Xəbərlərdə tez-tez diqqətsizlikdən faciəvi hadisələrin olduğuna şahid oluruq. Nə qədər diqqətli olsaq da, təhlükəni minimuma endirmək lazımdır. Bir neçə dəqiqəlik nəzarətsizlik ömür boyu sürəcək peşmanlığa səbəb ola bilər”.

Qeyd edək ki, plastik pəncərələr üçün müxtəlif kilid sistemləri satışda var. Amma bu daha tez həll edilən və xərcsiz başa gələn variantdır.

video

DİGƏR XƏBƏRLƏR

Top