Rusiyada qar uçqunu nəticəsində iki nəfər ölüb

Rusiyanın Xakasiya Respublikasının Orconikidze rayonunda baş vermiş qar uçqunu nəticəsində 2 nəfər ölüb. Bu barədə məlumatı bazar günü Fövqəladə Hallar Nazirliyinin Xakasiya üzrə regional idarəsi yayıb. "Xilasedicilər hadisə yerinə gəlincəyə qədər, turistlər qarın altından ölmüş iki kişinin meyitini aşkar ediblər", - deyə TASS xilasedicilərin sözlərini sitat gətirib. Qar uçqunu ötən gün baş verib və hadisə yerinə yalnız qar kvadrasiklı ilə getmək mümkün olub.Report

DİGƏR XƏBƏRLƏR

Top