Sərnişin təyyarəsi zolaqdan çıxaraq dənizə düşdü - 162 sərnişin təxliyyə olundu - VİDEO

Türkiyənin "Pegasus Airlines" aviaşirkətinə məxsus təyyarə Trabzon aeroportuna eniş zamanı zolaqdan kənara çıxıb. Bu barədə bazar günü yerli televiziya məlumat yayıb. Bildirilir ki, təyyarə Ankaradan Trabzona uçub. Qəzanın səbəbləri barədə məlumat verilmir. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarənin göyərtəsində 162 sərnişin və 6 heyət üzvü olub. İnsanlar xilasedici pilləkanlar vasitəsi ilə təxliyyə edilib.Report

Təyyarə

DİGƏR XƏBƏRLƏR

Top