Baş nazirin müavini vətəndaşa əynindəki pencəyi hədiyyə etdi

Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ geyindiyi pencəyi vətəndaşa hədiyyə edib.

“Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, B. Bozdağ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi Ədalət və İnkişaf Partiyasının Yozqat vilayəti konqresinin keçiriləcəyi zalda son yoxlamaları aparmaq üçün Yozqata gəlib.

O, zala girəndə Həsən adlı vətəndaş B. Bozdağın yanına yaxınlaşaraq ondan pencəyini istəyib. Vətəndaşın istəyini geri çevirməyən B. Bozdağ əynindəki pencəyi çıxararaq ona geyindirərək hədiyyə edib.

DİGƏR XƏBƏRLƏR

Top