Marketdə 10 ədədi 1,6 manata satılan yumurtanı, xaricə 2 qəpiyə satırıq? - İNANILMAZ FAKT

Dövlət Statistika Komitəsinin açıqladığı və bu ilin yanvar-sentyabr aylarını əhatə edən Azərbaycanın xarici ticarət əlaqələri ilə bağlı bülletendə maraqlı statistik məlumat yer alıb. Yeniavaz.com Komitənin açıqladığı bülletenə istinadən bildirir ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycandan xarici ölkələrə 162 milyon ədəd toyuq yumurtasının ixrac olunduğu qeyd olunub. Məlumatda həmçinin qeyd olunur ki, bu qədər yumurtanın gömrük dəyəri 202 min 770 dollar olub. Bu isə o deməkdir ki, xaricə ixrac olunan yumurtanın 10 ədədinin dəyəri 1,2 sent və ya 2 qəpik təşkil edib. Halbuki daxili bazarda satılan toyuq yumurtasının dəyəri bundan həmin dövürdə xaricdən gətirilən toyuq yumurtasının 1 ədədinin dəyəri 16 sent və ya 27 qəpik olub. Daxili bazarda satılan toyuq yumurtasının 1 ədədinin qiyməti 16 qəpiyə bərabərdir. Açıqlanan məlumatdan belə nəticəyə gəlmək olur ki, daxili bazarda satılan yumurtanın qiyməti xaricə satılan yumurtanın qiymətindən təxminən 80 dəfə bahadır.

Məsələyə aydınlıq gətirmək məqsədilə Dövlət Statistika Komitəsinə müraciət etdik. Komitədən verilən açıqlamada qeyd olunur ki, bülletendə ölkədən ixrac olunan toyuq yumurtası ilə bağlı rəqəmlərdə yanlışlığa yer verilib və bu yanlışlıq yaxın zamanlarda aradan qaldırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top