Türkiyə Suriyada yeni əməliyyata başlayır: Afrin top atəşinə tutuldu

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərindəki PYD terror təşkilatının mövqelərini top atəşinə tutmağa başlayıb.

“Yeniavaz.com”un İHA-ya istinadən verdiyi məlumata görə, top atəşləri Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunun Oğulpınar sərhəd zastavası mövqelərindən həyata keçirilib. Afrinin atəşə tutulması fasilələrlə davam etdirilib. Atəş səsləri Reyhanlı rayonunun mərkəzində Cilvegözü sərhəd buraxılış məntəqəsində də eşidilib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün bildirib ki, Afrində terrorçular təslim olmasalar, Türkiyə ordusu oranı başlarına yıxacaq. O, eyni vəziyyətin Münbiç üçün də keçərli olduğunu qeyd edib: “Bir həftədən də az müddətə nə edəciyimizi görəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top