
ABŞ-ın “General Motors” (GM) avtomobil istehsalçısı 2019-cu ilədək sükanı olmayan sürücüsüz avtomobillər buraxmağı planlaşdırır.
“Yeniavaz.com”un “Lenta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, şirkət “Chevrolet Bolt” elektrik maşının əsasında “Cruise AV” avtomobilinin silsilə istehsalına başlamaq niyyətindədir.
GM-in prezidenti Den Amman bildirib ki, maşın üzərində il yarım işlənilib: “Bu, lap əvvəldən idarəetmə elementləri, yəni sükan çarxı və pedalları olmadan hazırlanan ilk avtomobildir”. Maşının prototipi artıq San-Fransisko və Finiksin küçələrində sınaqdan keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz