Vətənə xidmətə görə təltif edilən nazirlər, icra başçıları, deputatlar - SİYAHI

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Məlumat üçün bildirək ki, bu orden Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;

- dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;

- milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə verilir.

"Vətənə xidmətə görə" ordeninin yüksək dərəcəsi birinci dərəcə sayılır.

"Vətənə xidmətə görə" ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir.

"Yeniavaz.com" saytı "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş vəzifəli şəxslərin, İcra Hakimiyyəti başçılarının, millət vəkillərinin, ictimai xadimlərin siyahısını hazırlayıb.

İndi Kənd təsərrüfatı naziri olan Heydər Əsədov 2011-ci ildə Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyətində xüsusi xidmətlərinə görə, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Sərəncamda qeyd olunur ki, Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Natiq Əmirov bu ordenlə təltif edilib.

Prezidentin köməkçisi Əli Əsədov 2012-ci ilin iyun ayında 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Əli Əsədov 2016-cı il noyabrın 30-da 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da bir neçə il öncə dövlət başçısının sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Prezidentin sərəncamı ilə "Azərişıq" ASC-nin sədri Balababa Rzayev bir neçə müddət öncə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Baba Rzayevə bu orden Azərbaycanda energetika sisteminin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə verilib.

Millət vəkili Hadı Rəcəbliyə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni verilib.

Deputat Siyavuş Novruzov isə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb. Bununla bağlı sərəncamda qeyd olunur ki, onun bu təltifinə səbəb Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakıdır.

Deputat Şaitdin Əliyev II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bir neçə il öncə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Dövlət başçısının imzaladığı sərəncamda qeyd olunur ki, Elmar Vəliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov II dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. O, bu ordenə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə layiq görülüb.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev də "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən başçılardandır. Vilyam Hacıyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb. A. Fərzəliyev də Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bu ordenlə təltif olunub.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top