Rusiya bəyanat verdi: İsrail sülh prosesini pozur

İsrail hakimiyyətinin İordan çayının qərbində məskun yerlərini inşa etməsi israillilərlə fələstinlilər arasında sülh danışıqlarına xidmət etmir.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanata əsasən, İsrailin Şərqi Qüds daxil olmaqla, Fələstin ərazilərində yaşayış sahələrinin tikintisi üzrə siyasəti qanunsuzdur: “İsrailin məskən salma fəaliyyətini davam etdirməsi Fələstin-İsrail münaqişəsinin ikitərəfli həlli perspektivlərini zərər verir, Yaxın Şərqdə ədalətli və etibarlı sülhə nail olma şansını azaldır”.

Xatırladaq ki, İsrail 20 məskən yerində 1122 mənzil və evin tikintisini məqbul sayıb, eləcə də İordan çayının qərbində 651 ədəd mənzilin tikintisi üzrə tenderlər dərc edib. BMT Təhlükəsizlik Şurası 2016-cı il dekabrın 23-də qəbul etdiyi qətnamədə İsraildən işğal edilmiş Fələstin ərazilərində məskən salma fəaliyyətini dərhal dayandırmağı tələb edib. İsrail bu tələbə əməl etməyəciyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top