Rusiyalı hərbçilər ötən il dekabrın 31-də Suriyadakı Hmeymim aviabazasını atəşə tutmuş silahlıların diversiya qrupunu məhv edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Xüsusi əməliyyat nəticəsində qrupun İdlib vilayətinin qərb sərhədi yaxınlığında yerləşdiyi müəyyənləşib. Terrorçular mikroavtubusa minmək üçün gəldikləri obyektdə “Krasnopol” yüksək dəqiqli hərbi sursatla tamamilə məhv edilib. Xatırladaq ki, Rusiyanın Hmeymim bazasına hücum zamanı iki hərbçi həlak olmuşdu. Qeyri-rəsmi məlumata əsasən, insident nəticəsində Rusiyaya məxsus bir neçə təyyarə sıradan çıxarılmışdı.