
Bu gün Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şəki Hazırlıq Mərkəzində müəllim və dinləyicilərlə görüş keçirilib. "Yeniavaz.com" xəbər verir ki, görüşdə Şəki Şəhər Təhsil Şöbəsi müdiri Südabər İsmayılova, Xəzər Universitetinin ictimaiyyətlə əlaqələr və media şöbəsinin rəhbəri Əlövsət Əmirbəyli, Universitetin tələbə qəbulu üzrə koordinatoru Fuad Rəsulov, Təhsil kafedrasının koordinatoru Qoşqar Məhərrəmov iştirak ediblər. Görüş iştirakçılarını salamlayan Hazırlıq Mərkəzinin direktoru Şöhrət İbadov, ölkədə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söz açaraq, Mərkəzin fəaliyyəti və uğurları barədə məlumat verib. Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova çıxış edərək, son illərdə Şəkidə təhsil sahəsində həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına məlumat verib. Daha sonra Xəzər Universitetinin nümayəndələri çıxış edərək, təmsil etdikləri ali təhsil ocağı haqqında kurs dinləyicilərini məlumatlandırıblar. Sonda müəllim və dinləyicilərin qonaqlara ünvanladıqları suallar cavablandırılıb.

Tətbiqimizi yükləyə bilərsiniz