
Türkiyə Silahlı Qüvvələri (TSQ) 2017-ci il ərzində ümumilikdə 7016 terrorçunu zərərsizləşdirib. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə TSQ-nın 2017-ci il üzrə fəaliyyətinə dair hesabatda deyilir. Bildirilir ki, zərərsizləşdirilən terrorçulardan 3239-u PKK/KCK terror təşkilatının üzvü olub. Qalan 3777 terrorçu isə İŞİD terror qruplaşmasının üzvü olub. Bundan başqa sərhədi qanunsuz keçməyə çalışan 439 195 nəfər saxlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz