"Enerji içkiləri" həqiqətən enerji verirmi?

Enerji içkiləri həqiqətən enerji verirmi? Xeyr, vermir, sadəcə bədəni ehtiyyat enerjisini istifadə etməyə məcbur edir. Bu içkilərin içindəki taurin maddəsi zülal sintezində iştirak edir. Qəflətən həyəcanlananda, əsəbiləşəndə bu maddənin qandakı miqdarı azalır və sonra bərpa olunur. Bizim kənardan yüksək dozada aldığımız taurin zülal sintezini və hərəkət aktivliyini artırır. Həmin içkilərin tərkibində olan başqa bir maddə isə kofeindir. Kofein halsızlıqda, yorğunluqda sinirlərin ötürücülük qabiliyyətini artırır. Kofein də bizim bədənimizdə lazım olan qədər istehsal edilir, amma kənardan yüksək dozada qəbul olunmuş kofein bədənimizi həddindən artıq aktivləşdirir.

Bunlardan əlavə yüksək dozada karbohidrat mübadiləsini alovlandıran maddələr var. Bütün bunların bədənimizdə istehsal olunmasına baxmayaraq, kənardan yüksək dozada qəbulu bizim bədənimizdə bu maddələrin istehsalını azaldır və orqanizm kənardan bu maddələri almağa öyrəşir və beləcə getdikcə dozanı artırmağa məcbur oluruq. Necə deyərlər, artıq tələyə düşmüşük.

Enerji içkilərini içən uşaqlar çox əsəbi, hiperaktiv və yersiz dərəcədə çılğın olurlar, belə uşaqlarda axşamlar sidikqaçırma daha tez-tez baş verir.

Bu içkiləri içməyə vərdiş etmiş insanlar istifadəni dayandıran zaman yorğun, halsız və əsəbi olurlar, iş qabiliyyətləri çox aşağı düşür.

Fitoterapevt Dr. Fizuli Hüseynov

DİGƏR XƏBƏRLƏR

Top