Tunisdə ordu küçələrə çıxarıldı

Etiraz aksiyalarının dördüncü gündür davam etdiyi Tunisdə iki mindən çox hərbçiyə dövlət binalarını qorumaq əmri verilib. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu axşam saatlarında yeni nümayişlərin keçirilməsi gözlənilir. Tunis Müdafiə Nazirliyinin mətbuat katibi Bilhəsən Veslati bildirib ki, əsgərlər 143 nöqtədə keşik çəkəcəklər. Bəzi ordu birləşmələri isə etirazçılara müdaxilə etmək üçün hazır vəziyyətdə saxlanılır. Etirazlar ölkədə iqtisadi böhrandan qaynaqlanır.

DİGƏR XƏBƏRLƏR

Top