Türkiyədə deputat 8 il müddətinə həbs edildi

Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili Abdulla Zeydan 8 il 1 ay 15 gün müddətinə həbs edilib. “Yeniavaz.com”un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, HDP-nin Hakkaridən olan deputatı daha əvvəl ləğv edilən cinayət işi üzrə yenidən azadlıqdan məhrum edilib. Belə ki, Qaziantep bölgə ədliyyə məhkəməsi A. Zeydana verilən 8 il 1 ay 15 günlük həbs cəzası qərarını ləğv etmişdi. O, “terror təşkilatına kömək etmək” və “terror təşkilatının təbliğatını aparmaq” cinayət işləri üzrə həbs olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top