Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistanın keçmiş xarici işlər naziri, ölkənin Danimarkadakı səfiri Aleksandr Arzumanyanın Ermənistana qarşı iddiasını təmin edib.
“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, AİHM Ermənistan hökumətini A. Arzumanyana 2,5 min avro məbləğində təzminat ödəməyi təhkim edib. 2017-ci ilin iyulunda Ermənistanın Danimarkadakı səfiri təyin edilən A.Arzumanyan çirkli pulların yuyulması üzrə cinayət işi çərçivəsində bunadək 10 il müddətinə həbs olunmuşdu. Bir neçə aydan sonra azad olunduğu həmin il AİHM-də iddia qaldırıb.
O, saxlanılmasını qanunsuz hesab edib. A. Arzumanyan indiki hakimiyyətə qarşı müxalif yönümlü idi. 2008-ci ildə ölkənin sabiq Prezidenti Levon Ter-Petrosyanın prezident seçkilərində qərargahına başçılıq edib, həmin il martın 1-də kütləvi iğtişaşlardan sonra həbs edilsə də, tezliklə amnistiya olunub.