Türkmənistanda polis ağ rəngdən başqa qalan rəngdə olan bütün avtomobillərin ovuna çıxıb.
“Yeniavaz.com”un “Lenta.ru” internet nəşrinə istinadən verdiyi məlumata görə, asayiş keşikçiləri məsələn, göy, qırmızı və ya yaşıl rəngli maşınları cərimə meydançasına göndərməyi tələb edirlər. Polislər avtomobilləri təkcə cərimə meydançasına aparmağı tələb etmirlər, həm də həmin maşınları yenidən rəngləməyi və ya istifadə etməyi dayandırmağı istəyirlər. Bütün tələblər səbəb göstərilmədən irəli sürülür.
Xatırladaq ki, yanvarın 2-də Türkmənistanda qara və tünd rəngli kuzovları olan avtomobillərin istifadəsinə qadağa qoyulub. 2017-ci ilin sonunda polisin tələbi əsasında bu cür rəngli maşınları sahiblərinin əlindən alırdılar və yalnız onları rəngləyəcəklərinə dair yazılı öhdəlik götürdükdən sonra qaytarırdılar. Bununla yanaşı, Türkmənistanda qadınlara sükan arxasına oturmağı qadağan ediblər.