ABŞ ordusu 2018-ci ilin yayında 1-ci süvari diviziyasının tərkibinə daxil olan 1-ci tank briqadasını Avropaya göndərəcək.
“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın NATO yanındakı missiyasından deyiblər. Bildirilir ki, bu, ABŞ-ın Avropada “Atlantic Resolve” əməliyyatında öz qüvvələrinin rotasiyası çərçivəsində edilir. Avropaya Texasda, Fort-Hudda dislokasiya edilmiş tanklar göndəriləcək. Qeyd edək ki, “Atlantic Resolve” əməliyyatı 2014-cü ilin aprelində başlayıb. Onun məqsədi Krımın Rusiyaya ilhaq edilməsindən sonra Şərqi Avropa dövlətlərində əminliyi bərpa etməkdir.