2017-сi ilin ən təhlükəsiz avtomobilləri - VİDEO

Avtomobillərin qəzaya qarşı davamlılığını araşdıran və “kraş-testlər” aparan “Yeni Avtomobillərin Qiymətləndirilməsi üzrə Avropa Proqramı” (Euro NCAP) təşkilatı 2017-ci ilin ən təhlükəsiz avtomobillərinin adını açıqlayıb.

Sınaqların nəticələrinə əsasən, ən təhlükəsiz avtomobilin Volkswagen Arteon olduğu məlum olub; qeyd olunan modelin təhlükəsizlik səviyyəsi 90%-faizdən çox qiymətləndirilir.

“Böyük krossoverlər” kateqoriyası üzrə Volvo XC60, “ən təhlükəsiz kompakt krossover” kateqoriyası üzrə isə Volkswagen T-Roc qalib olub.

Ekspertlər eyni zamanda, öz siniflərinin qalibi olan Volkswagen Polo və Opel Crossland X-in markalı kompakt avtomobillərin təhlükəsizlik səviyyəsini yüksək dəyərləndirirlər. Oxu.az

video

DİGƏR XƏBƏRLƏR

Top