Bakıda kişinin başına daş düşüb

Bakı şəhəri, Səbail rayonunda söküntü işləri zamanı ev sakininin başına kərpic düşüb.

Hadisə rayonun Bayıl qəsəbəsində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Hacıyev Asif Qurban oğlu evinin həyətyanı sahəsində durarkən yaxınlıqdakı evlərin söküntü işi aparılırmış. Söküntü zamanı kərpic onun baş nahiyəsinə düşüb. Nəticədə A.Hacıyev kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top