
Türkiyənin ilk milli tankı "Altay"ın silsilə istehsalına 2019-cu ilin sonu 2020-ci ilin əvvəlində başlayacaq. "Yeniavaz.com"un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib. Onun sözlərinə görə, milli tankın motorunun da yerli olması planlaşdırılır. "Altay" Türkiyə Silahlı Qüvvələrinə quruda böyük üstünlük qazandıracaq. Tankın istehsalına dair tender prosesi davam edir. Nazir qeyd edib ki, tankın motoru ilə bağlı ayrıca tender keçirilir. "Altay" tankının atəş məsafəsi 3 kilometr olacaq. Tankın heyət üzvü 4 nəfərdən ibarətdir.
Tətbiqimizi yükləyə bilərsiniz