Qazaxıstan Futbol Federasiyasının prezidenti və baş katibi istefa verib

Qazaxıstan Futbol Federasiyasının prezidenti Seilda Bayşakov istefa verib. Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qurumun İcraiyyə Komitəsinin iclasında Bayşakov öz istəyi ilə postundan getdiyini açıqlayıb. Məsələyə fevralın 10-da KFF-in növbədənkənar konfransında baxılacaq. İcraiyyə Komitəsinin iclasında, həmçinin Kanış Aubakirov ailə vəziyyəti ilə əlaqədar I vitse-prezident və baş katib vəzifəsindən istefası olunub. Onun yerinə Aytxojin Azamat təyin olunub. Bununla əlaqədar Azamat vitse-prezident vəzifəsindən azad olunub. Qeyd edək ki, daha əvvəl Aleksandr Borodyuk Qazaxıstan millisinin baş məşqçisi vəzifəsindən istefa verib.

DİGƏR XƏBƏRLƏR

Top