Çində 5 gündür yanan neft tankeri partladı

Ötən şənbə günü Çinin Şanxay şəhəri sahillərində Honq Konqa məxsus gəmi ilə toqquşan İran tankerində partlayış baş verib. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, partlayışdan sonra tankeri söndürməyə çalışan xilasedicilər geri çəkilməyə məcbur qalıb. Toqquşmadan sonra 32 heyət üzvündən birinin cəsədi tapılıb, digərlərinin axtarışı davam edir. İran tankerində 136 min ton neftin olduğu bildirilir. Neft ətraf mühitə böyük ziyan vura bilər.

DİGƏR XƏBƏRLƏR

Top