
Ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 225 milyon 379,6 min manat vergi və rüsum daxil olub. Yeniavaz.com Komitədən açıqlanan məlumata istinadən bildirir ki, bu, 2016-cı ilin dekabr ayı ilə müqayisədə 4,1% və ya 9,6 milyon manat azdır.
Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 73 milyon 905,2 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə 132 milyon 850,2 min manat, aksizlər üzrə 15 milyon 674,7 min manat, yol vergisi üzrə isə 2 milyon 949,5 min manat təşkil edib.
Tətbiqimizi yükləyə bilərsiniz