Dünyanın ən varlı ölkələrinin adı açıqlandı - SİYAHIDA Azərbaycan yoxdur

Adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) ən yüksək səviyyədə olduğu 20 ölkənin adı müəyyən olunub. Yeniavaz.com Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı sonuncu hesabata istinadən bildirir ki, 20 ən varlı ölkənin siyahısında Avropa və ərəb ölkələri çoxluq təşkil edib. Beləliklə, siyahının ilk pilləsində adambaşına düşən 130 min dollar ÜDM ilə Qətər qərarlaşıb. Adambaşına düşən ÜDM 103 min dollar olan Lüksemburq isə dünyanın ən varlı ölkələrinin sırasında 2-ci yerdədir. 3-cü sırada isə Sinqapur yer alıb. Bu ölkədə adambaşına düşən ÜDM 89 min dollar təşkil edib. Varlı ölkələrin siyahısında növbəti yerləri Makao (adambaşına düşən milli gəliri 85,6 min dollar), Bruney (80 min dollar), Küveyt (71,4 min dollar), Norveç (70 min dollar), BƏƏ (68,7 min dollar), San-Marino (66 min dollar) və İrlandiya (60,8 min dollar) tutub.

Növbəti onluqda yer alan ölkələrdə adambaşına düşən ÜDM 49-61 min dollar arasında dəyişir. Belə ki, 11-ci sırada yer alan İsveçrada adambaşına düşən ÜDM 60,5 min dollar olub. Bu göstərici Honq Konqda 60 min dollar, ABŞ-da 59 min dollar, Səudiyyə Ərəbistanında 54,4 min dollar, Hollandiyada 51,9 min dollar, Bəhreyndə 51,4 min dollar, İsveçdə 50,7 min dollar, İslandiyada 49,7 min dollar, Avstraliyada 49,5 min dollar, Tayvanda isə 49,4 min dollar təşkil edib. Adambaşına düşən ÜDM-yə görə, Azərbaycan 189 ölkə arasında 73-cü sırada qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top