Dünya Bankı: Bu il dünyada ən zəif iqtisadi artım Ekvador və Azərbaycanda olacaq

Bu il Azərbaycanda iqtisadi artım tempi 0,9% təşkil edəcək. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dünya Bankı tərəfindən açıqlanıb. Bankın məlumatında qeyd edilir ki, Azərbaycan bu artımla dünyada Ekvadordan sonra ən zəif nəticə göstərən 2-ci ölkə olacaq. Belə ki, Ekvadorda iqtisadi artım tempi 0,8% təşkil edəcək. Zimbabvedə iqtisadi artım tempi Azərbaycanla eyni səviyyədə, digər ölkələrdə isə iqtisadi artım Azərbaycandan daha yüksək olacaq. Onu da qeyd edək ki, bu il yalnız Venesuelada iqtisadi artım baş verməyəcək. Venesuela iqtisadiyyatı bu il 4,2% geriləyəcək.

Region ölkələrinə gəldikdə isə bildirək ki, ən yüksək artım tempinin Türkmənistanda olacağı proqnozlaşdırılır. Bu ölkədə iqtisadi artım 6,3% olacaq. İkinci sırada olan Özbəkistanda artım tempi bu il üçün 5,6%, olacaq. Qonşu Gürcüstanda iqtisadi artım tempinin bu il 4,2% olacağı gözlənilir. Başqa bir qonşumuz Ermənistanda isə iqtisadi artım tempi Azərbaycanla müqayisədə 4 dəfədən çox 3,8% təşkil edəcək. Siyahıda Azərbaycandan bir pillə irəlidə olan Rusiyada isə iqtisadi inkişaf səviyyəsi 1,7% həddində olacaq.

Bundan başqa bu il iqtisadi artım tempinin Qazaxıstanda 2,6%, Qırğızıstanda 4,2%, Tacikistanda 5%, Türkiyədə 3,5%, Ukraynada 3,5%, Belarusda 2,1%, İranda isə 4% səviyyəsində olacağı proqnozlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top