"Apple" şirkəti səhmdarların təzyiqindən sonra uşaqları smartfon asılılığından qorumaq üçün valideyn nəzarəti funksiyasını tətbiq etməyə razı olub. "Yeniavaz.com"un "Gazeta.ru" internet nəşrinə istinadən verdiyi məlumata görə, iOS sistemində quraşdırılacaq funksiya valideynlərə öz övladlarının ayfonun ekranı qarşısında nə qədər vaxt keçirdiyini izləməyə imkan verəcək. Ehtiyac yaranarsa, valideyn uşağın smartfona girişini məhdudlaşdıracaq. Şirkətdən deyiblər ki, yeniyetmələrin smartfondan asılılığı probleminə ciddi yanaşırlar və onunla mübarizədə əllərindən gələni əsirgəməyəcəklər. Yeni funksiyanın nə vaxt tətbiq ediləcəyi hələ açıqlanmayıb.